Məhəmməd peyğəmbərin karikaturasının müəllifi qəzada yanaraq öldü - VİDEO

Məhəmməd peyğəmbərin karikaturasının müəllifi qəzada yanaraq öldü -

Məhəmməd peyğəmbərin karikaturalarının müəllifi, isveçli rəssam Lars Vilks yol qəzasında ölüb.

Onun olduğu avtomobil Markarud şəhəri yaxınlığında yük maşını ilə toqquşub və alışıb. Qəza zamanı onu müşayiət edən iki polis də həlak olub, yük maşınının sürücüsü isə yaralanıb.

Polis açıqlamasında bildirib ki, toqquşmanın necə baş verdiyi hələ də aydın deyil.


Vilks 2007-ci ildə Məhəmməd peyğəmbərin karikaturasını çəkdikdən sonra aldığı ölüm təhdidlərinə görə polis himayəsində yaşayıb.

Peyğəmbərin əyani təsvirini küfr sayan bir çox müsəlman bunu təhqir hesab edib. Karikaturaya görə o vaxtki Baş nazir Fredrik Raynfeldt gərginliyi yumşaltmaq və vəziyyətə aydınlıq gətirmək üçün 22 müsəlman ölkəsinin səfiri ilə görüşməli olmuşdu.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
786 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...