TƏBİB bu problemi Səhiyyə Nazirliyi qarşısında qaldırdı

TƏBİB bu problemi Səhiyyə Nazirliyi qarşısında qaldırdı
"Ambulator müalicədə dərmanların tapılmaması ilə bağlı problemi Səhiyyə Nazirliyi qarşısında qaldırmışıq, bu barədə nazirliklə müzakirələr gedir”.

Gundeminfo.az APA-ya istinadla xəbər verir ki, bunu "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi Şəxsin (TƏBİB) İdarə Heyətinin sədri vəzifələrini icra edən Vüqar Qurbanov Milli Məclisin Səhiyyə komitəsində keçirilən "Koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə” dinləmədə deyib.

V. Qurbanov bildirib ki, buna səbəb dərmanların qeydiyyatı və Tarif Şurasında bəzi dərmanlara qiymətlərin daha aşağı səviyyədə təyin olunmamasıdır: "Bununla bağlı Səhiyyə Nazirliyi ilə işimiz davam edir, təkliflərimizi vermişik. Səhiyyə naziri də ciddi cəhdlə çalışır ki, vətəndaşlarımız həm ambulator, həm də stasionar müalicədə lazımı dərman preparatları ilə təmin olunsun”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1099 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...