Ölkəyə gətirilən kartofa yeni tələblər müəyyən edildi

Ölkəyə gətirilən kartofa yeni tələblər müəyyən edildi
Azərbaycana idxal edilən toxumluq və ərzaqlıq kartofa yeni tələblər müəyyən edilib.

Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu ilin 9 ayının yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yeni tələblər Azərbaycana məhsul ixrac edən ölkələrə təqdim olunub.

"Payız mövsümündən etibarən, kənd təsərrüfatı məhsullarının ölkəyə idxal olunduğu nəzərə alınaraq kartof və pomidor üçün 25, soğan üçün 20, şaftalı və nektarin üçün 19, alma, armud, ərik, albalı və gavalı üçün 18, nar və zoğal üçün 12, xurma üçün isə 10 zərərli orqanizm müəyyən ediləcək ki, bu da fitosanitar sertifikatlaşma müddətinin artmasına səbəb ola bilər", - o deyib. //Report



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
641 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...