“Azərnəşr” mənfəətlə işləməyə başlayıb

“Azərnəşr” mənfəətlə işləməyə başlayıb
“Azərnəşr” mənfəətlə işləməyə başlayıb
“Azərbaycan” dövlət nəşriyyatı (“Azərnəşr”) 2020-ci ili 125 min manat mənfəətlə başa vurub. Halbuki, nəşriyyat 2019-cu ildən 98 min manat zərərlə çıxmışdı.

“Report” xəbər verir ki, bununla da, qurumun yığılmış zərəri 2% azalaraq 6,072 milyon manat olub.

Bu il yanvarın 1-nə “Azərnəşr”in aktivləri 23,321 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 11,4% azdır. Hesabat dövründə qurumun öhdəlikləri 45,4% azalaraq 3,773 milyon manata düşüb, balans kapitalı isə 0,65% artaraq 19,548 milyon manata çatıb.

Xatırladaq ki, “Azərnəşr” 1923-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 4,742 milyon manatdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
704 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...