Azərbaycan ərazisində daha bir Ermənistan vətəndaşı cərimələndi
Ermənistan vətəndaşı Gorus-Qafan yolunun Şahverdilər kəndindən keçən hissəsində cərimə olunub.
Missiya.Az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Xəbərdə bildirilir ki, erməni sürücülərdən biri Gorus-Qafan yolunun Azərbaycanın nəzarətinə olan hissəsindən keçərkən avtomobili saxlayıb və yolun kənarında quraşdırılan “Azərbaycan xoş gəldin” plakatının şəkilini çəkib.
Həmin vaxt Azərbaycan hərbçiləri erməni sürücüyə yaxınlaşıb. Hərbçilər bildirib ki, plakat Azərbaycan ərazisində quraşdırılıb və yerli qanunlara görə, xarici ölkə vətəndaşlarına Azərbaycan ərazisindən keçərkən şəkil çəkməyə icazə verilmir.
Ermənistan vətəndaşı əvvəlcə Azərbaycan qanunlarını pozduğu üçün 100 min dram (357 manat 30 qəpik) cərimə olunub.
Daha sonra danışıqlar nəticəsində kompromis əldə olunub. Vətəndaş fotonu silərək yoluna davam edib.
Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan vətəndaşı Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində yol hərəkəti qaydalarını pozduğuna görə polis tərəfindən cərimələnmişdi. Ermənistan vətəndaşı cəriməni hara ödəyəcəyini bilmədiyini deyib.
Qeyd edək ki, Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində atomobillərin keçidinə yalnız 1 saat icazə verilir. Bu səbəbdən sərhəd-keçid məntəqəsində uzun tıxac yaranır.
681 dəfə oxundu