Cavid Qurbanov: "Azərbaycan idmanı cüdo və güləşdən ibarət deyil"

Cavid Qurbanov: "Azərbaycan idmanı cüdo və güləşdən ibarət deyil"
"Federasiyamızın İdarə Heyəti yenidən seçilib. Əsas məqsədimiz voleybolun inkişafı ilə məşğul olmaqdır".

Bunu yenidən Azərbaycan Voleybol Federasiyasının prezidenti seçilən Cavid Qurbanov deyib.

O bildirib ki, yaxın keçmişdə voleybolda qazandıqları uğurların daha da artmasını istəyirlər. Qurbanov Azərbaycan çempionatının tarixini yaxın günlərdə ictimaiyyətə açıqlayacaqlarını bildirib: "Bu məqsədlə komandalarımızın sayını artırmaq niyyətindəyik. Xaricdə bir çox klublar məktəbləri təmsil edir. Onlarla danışıq aparıb, bu məsələni inkişaf etdirmək istəyirik. Azərbaycan təkcə cüdo və güləşdən ibarət deyil. Komanda idman növlərini də inkişaf etdirmək lazımdır".

"Biz ucaboy xalq deyilik. Çalışmalıyıq ki, gənclərimiz daha inkişaf etsin. Ölkəmizdə yetəri qədər olimpiya kompleksləri var. Sadəcə, istək və həvəs lazımdır. Gəncləri bu idman növünə yönləndirmək lazımdır" deyə C.Qurbanov əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1288 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...