“Nar” milli internet resurslarına dəstək olur

“Nar” milli internet resurslarına dəstək olur


Azərbaycanda milli internet resurslarının inkişafına dəstək məqsədilə, yüksək keyfiyyətli mobil rabitə və internet təminatçısı kimi “Nar” növbəti dəfə “NETTY” milli internet mükafatına dəstək olur.

Müsabiqədə iştirak üçün artıq “NETTY” təşkilat komitəsinə 6 əsas nominasiya üzrə 200-dən çox müraciət daxil olub. Növbəti mərhələdə Ekspertlər Şurası və Virtual Münsiflər heyəti “Dövlət və Cəmiyyət”, “Biznes və Maliyyə”, “Elm, Təhsil və İnnovasiya”, “Səhiyyə, İdman və Turizm”, “İnformasiya və Xəbərlər” və “Mədəniyyət, İncəsənət və Yaradıcılıq” nominasiyaları üzrə təqdim edilən layihələri qiymətləndirəcək.

Xatırladaq ki, bu gün müsabiqədə iştirak üçün müraciətlərin qeydiyyatının son günüdür. Qeydiyyat 30 noyabr saat 00:00-dək açıqdır. Müraciətlər netty.az/registration səhifəsi üzərindən həyata keçirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1026 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...