Azərbaycan Həndbol Federasiyasında seçki keçiriləcək

Azərbaycan Həndbol Federasiyasında seçki keçiriləcək

Azərbaycan Həndbol Federasiyasında (AHF) hesabat-seçki konfransı keçiriləcək.

"Report"un məlumatına görə, bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə açıqlama verib.

"Həndboldakı durum qeyri-müəyyəndir. Bu barədə hesabat-seçki konfransından sonra danışmaq olar. Seçkinin vaxtı barədə hələlik məndə məlumat yoxdur. Amma mütləq olacaq", - deyə o əlavə edib.

Qeyd edək ki, AHF-də bir qrup həndbolçu ilə rəhbərlik arasında narazılıq yaranıb. Nəticədə federasiyanın qərarı ilə həmin idmançılar diskvalifikasiya olunublar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1290 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...