Yeddi yaşlı Nihadın vəziyyəti ağırdır: “Artıq ağrılara dözə bilmir” - FOTO

Yeddi yaşlı Nihadın vəziyyəti ağırdır:

Yeddi yaşlı Nihad Şirinov leykozdan əziyyət çəkir və sümük iliyi transplantasiyasına ehtiyacı var.

Uşağın anası Səbinə Şirinova deyir ki, övladının xəstəliyini iki yaşında biliblər:

“Üç il oğlum kimyəvi terapiya aldı, beş yaşında olanda həkimlər leykozun keçdiyini dedilər. İndi isə yeddi yaşı var və təəssüf ki, residiv baş verib”.

Uşağın vəziyyəti hazırda çox kritikdir. Xəstəlik onun bütün bədəninə yayılıb. Bundan əlavə, Nihad hepatit C xəstəliyindən də əziyyət çəkir və qaraciyəri funksiyalarını tam icra edə bilmir.

“Təcili sümük iliyi nəqli əməliyyatına ehtiyacı var. Azərbaycanda deyirlər ki, əməliyyatdan əvvəl mütləq edilməli olan bir kimyəvi terapiya kursunun qiyməti 40 min, əməliyyatın özü isə 90 min manatdır. Amma burada bu prosedurlardan sonra uşağın sağ qalacağı ilə bağlı heç bir zəmanət vermirlər. Eyni zamanda, Belarusdakı həkimlər söz verirlər ki, Nihadı ayağa qaldıracaqlar və o da bizim kimi adi, sağlam insana çevriləcək. Sadəcə Belarusda eyni müalicənin qiyməti (kimya + cərrahiyyə) daha yüksək - 150 min dollara başa gələcək”, - deyə Nihadın anası bildirib.

Azyaşlının anası qeyd edir ki, Nihadın şiddətli ağrıları olur və artıq ağrılara dözə bilmir.

Hazırda ailənin xeyirxah insanların köməyinə ehtiyacı var.

Telefon: 077 570 81 97 (Səbinə Şirinova)

Bank kartı: 4169 7385 6719 3614

Yeddi yaşlı Nihadın vəziyyəti ağırdır:
Yeddi yaşlı Nihadın vəziyyəti ağırdır:
Yeddi yaşlı Nihadın vəziyyəti ağırdır:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2250 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...