Azərbaycanda uşaqlar arasında yeni virus yayılır

Azərbaycanda uşaqlar arasında yeni virus yayılır
Son vaxtlar uşaqlar arasında özünü qızdırma, halsızlıq, boğaz ağrısı, ürək bulanma simptomları ilə göstərən xəstəlik yayılıb.

Belə ki, bir çox bağçalarda bu xəstəlik səbəbindən davamiyyət aşağı düşüb. Bəs, bu nə xəstəliyidir? Lent.az azyaşlılar arasında yayılan xəstəliklə bağlı araşdırma aparıb. Bununla bağlı saytımıza danışan pediatr Elşən Tağıyev bildirib ki, xəstəliyin hansı virus tərəfindən törədildiyi hələ bilinmir:

“Amma koronavirus olmadığı mütləqdir, çünki testlər neqativ çıxır. Bu xəstəliklə bağlı dəqiqləşdirilmiş analiz yoxdur, ola bilər ki, mövsümü qrip olsun.

Bütün hallarda xəstəlik qısa müddət davam edir, amma pnevmoniya ilə ağırlaşma halları da kifayət qədər çoxdur. Yüksək dərəcədə yoluxucudur, ailədə bir nəfər xəstələnirsə, hamı tutur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
772 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...