"Media haqqında" qanunun bir neçə maddəsində dəyişiklik olacaq - RƏSMİ
"Media haqqunda qanunun" yanvarın 1-də qəbul olunması qərarı dəyişəcək və həmin qanunda bir neçə maddələrdə dəyişiliklər olacaq, bunu anews.az-a açıqlamasında İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc bildirib.
"Üçüncü oxunuşa qədər "Media haqqında" qanun layihəsi üçün növbəti dinləmələr keçiriləcək. Ortaya qoyulan bütün məsələlər plenar iclasda, eləcə fərqli və qrup halında qanunun əlehinə və təkliflərini irəli sürən insanların böyük bir qrupu ilə parlamentdən kənar müstəvidə, amma Milli Məclis sədrinin tribunadan elan etdiyi qaydada reallaşdırmağa çalışacayıq. İki komitə birlikdə yalnız qanun layihəsinin müdafiəçiləri çıxış edənləri kimi deyil, daha artıq dərəcədə neytral və əlehinə mövqe söyləyənlərlə böyük bir görüşümüz olacaq. Bir çox şəxslər qanun layihəsini senzura amili kimi qarşıya arqument qoyur. Azərbaycanda real sezura qurumu mövcud deyil", deyə Zahid Oruc əlavə edib.
"Media haqqında" qanun layihəsi Milli Məclisin plenar iclasına ilk dəfə 14 dekabr, 2-ci dəfə isə 20 dekabr müzakirəyə çıxarılaraq iki oxunuşda qəbul olunub. Daha sonra qanun layihəsi ekspertlər və bir qisim jurnalistlər tərəfindən etirazlar və narazılıqlar yaratdığı üçün hazırda qanun layihəsində dəyişiliklər olması barəsində müzakirələr davam etdirilir.
1083 dəfə oxundu