Vətən müharibəsi zamanı xəstəxanada unudulan çantanın sahibi axtarılır - FOTOLAR

Vətən müharibəsi zamanı xəstəxanada unudulan çantanın sahibi axtarılır -

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında (RMX) yaralı döyüşçüləri ziyarət edənlərdən birinin burada unutduğu çantanın sahibi hələ də axtarılır.

"Report"un Muğan bürosunun məlumatına görə, Vətən müharibəsi zamanı hərbi xəstəxanaya çevrilən Biləsuvar RMX-da yaralı döyüçşçüləri ziyarət edənlərdən biri burada çantasını unudub.

Xəstəxanadan bildirilib ki, çanta yaralı döyüşçülərdən birinin yanına gətirilən övladına aiddir: "Çantanın içində uşaq paltarları var".

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı Biləsuvar Rayon Mərkəzi Xəstəxanası hərbi xəstəxanaya çevrilib.

Burada yüzlərlə yaralı döyüşçülərə xidmət göstərilib.

Vətən müharibəsi zamanı xəstəxanada unudulan çantanın sahibi axtarılır -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
935 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...