COVID-in uşaqlar arasında yayılan ştamları AÇIQLANDI

COVID-in uşaqlar arasında yayılan ştamları

“COVID-19-un uşaqlar arasında yayılması ştamların müxtəlifliyinə görə dəyişir. COVID-19-un “Alfa” ştamını biz daha kiçik yaşlı uşaqlarda rast gəldiyimiz halda, “Delta” ştamı 10 yaş və üzəri uşaqlarda daha çox müşahidə edildi”.

Gundeminfo.az xəbər veriri ki, bu haqda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Əkbər Quliyev məlumat verib.

Onun sözlərinə görə, böyüklərdə olduğu kimi, əsas xroniki xəstəliyi olanlar, allergik bronxiti olanlar, immunosupressiv dərmanlardan istifadə edənlər, xərçəng və revmatoloji xəstəlikdən əziyyət çəkən uşaqlarda ağır COVID-19 riski yüksəkdir:

“COVID-19-un əlamətləri qriplə çox bənzəyir. Qripə gəldikdə isə COVID-19 ilə oxşarlığı ayırd etməni çətinləşdirir. Çünki hər iki xəstəlik boğaz ağrısı, hərarət, yorğunluq, quru öskürək, kimi əlamətlər verir və ötürülmə yolu eynidir. Bəzən uşaqlarda xəstəlik zamanı olan səpgilər valideynləri narahat edir və COVID-19 əlamətidir düşüncəsinə qapılırlar. Səpgilər çox vaxt virus xəstəliklərinin əlamətlərindən biri kimi meydana gəlir. Respirator simptomlardan sonra meydana gəlir, ona görə də diaqnoz qoymaq üçün səpgiyə istinad etmək heç də yaxşı seçim deyil. Oxşar əlamətləri fərqləndirməyin ən doğru yolu PZR yaxma üsuludur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
684 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...