Koronavirusa qarşı peyvəndin 3-cü dozası xəstəlik riskini 98 faiz azaldır

Koronavirusa qarşı peyvəndin 3-cü dozası xəstəlik riskini 98 faiz azaldır
Koronavirusa qarşı peyvəndin 3-cü, gücləndirici dozası xəstəlik riskini 98 faiz azaldır.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu İtaliya Ali Səhiyyə İnstitutunun dərc etdiyi məlumatlar sübut edir.

İtaliyanın Ali Səhiyyə İnstitutunun rəhbəri Silvio Bruzaferro yaxın günlərdə ölkədə koronavirusun "omikron" ştamının üstünlük təşkil edəcəyini bildirərək, ümumi epidemik vəziyyətin pis olduğunu qeyd edib.

İtaliyada bir neçə gündür ki, sutkalıq yoluxma təxminən 200 min nəfər təşkil edir.

Bu günə qədər ölkədə 12 yaşdan yuxarı şəxslərin demək olar ki, 87%-i tam peyvənd dövrünü (2 doza) tamamlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
944 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...