“Əbülfəs Qarayev kitabımı çapa imzaladı, amma yeni nazir nəşriyyatdan geri qaytardı...”

“Əbülfəs Qarayev kitabımı çapa imzaladı, amma yeni nazir nəşriyyatdan geri qaytardı...”
“Mən pensiyaya çıxandan sonra artıq hər şeydən uzaqlaşmışam. Təkcə Dövlət Film Fondunda işləyirəm və onlar üçün evdə oturub ancaq kitablarımı yazıram. Ayaqlarımda problem olduğu üçün hər gen işə gedib-gələ bilmirəm”

Bunu Moderator.az-a açıqlamasında kinoşunas Aydın Kazımzadə deyib. A.Kazımzadə kino sahəsindən bəhs edən kitablarının çapı haqda da danışıb:

“Bu günə kimi kino sahəsindən bəhs edən 33 kitabım çıxıb. Sonuncu dəfə xatirələr kitabımı yazdım və bu da min səhifədir. Kitabı Mədəniyyət Nazirliyinə təqdim etdim və keçmiş nazir Əbülfəs Qarayev kitabı imzalayıb çapa göndərdi. Amma yeni nazir gələndən sonra kitabın çapını dayandırdılar. Nazirlikdən nəşriyyatlara deyildiyi ki, pulu ödənilməyən kitabları çap etməyin və geri qaytarın. Onda mənim də kitabımı çıxarıb kənara tulladılar.

Bu kitabda 58 il ərzində kino sahəsində nə hadisələr baş verib hamısı yer almışdı. Kitabın adı isə “Ekran arxasındakı həyat” idi. Orda kitabın 100 səhifəsi öz həyatım haqqındadır. Mən özüm də atasız böyümüşəm, atam müharibədə həlak olub. Anam 24 yaşında dul qalaraq iki övladını böyüdüb. Özü də biz Kubinkada böyümüşük və ordan çıxan adamların isə çox salamat çıxmır. Daha sonra Mədəniyyət Nazirliyinə zəng vurub kitabımın çapıyla maraqlandım. Bu təzə gələnlər keçmiş işçilərə arxa çeviriblər. Oğlan dedi ki, biz komissiya yaradacağıq, orda bir mütəxəssisə kitabınızı verəcəyik və o, kitabınızın çapına rəy verəcək. Dedim ki, vəssalam. Otuzdan çox kinoya aid kitabı çıxan adama hansısa mütəxəssis qiymət verəcək. Bu günə kimi isə heç komissiya da yaratmadılar. Özüm kitabı çapa verdim və 6 min manat borca düşdüm. İndi də o pulu axtarıram ki, nəşriyyata ödəyim. Kitabın pulunun yarısını ödəmişəm, amma yarısı qalıb. Kitab da çap edilməyib. Bu da mənə olan münasibət. Siz də soruşursunuz ki, kino sahəsində vəziyyət necədir?”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1000 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...