Bakıdakı "Formula 1" yarışının proqramı açıqlanıb

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin proqramı bəlli olub.
Bakıdakı "Formula 1" yarışının proqramı açıqlanıb

"Report" Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi tviter hesabına istinadən xəbər verir ki, yarış iyunun 10-da yerli vaxtla saat 15:00-da birinci sərbəst yürüşlə başlayacaq.

Saat 18:00-da isə ikinci test yürüşü gerçəkləşəcək.

İyunun 11-də saat 15:00-da üçüncü sərbəst yürüş, saat 18:00-da isə sıralama turu olacaq.

Nəhayət, iyunun 12-də əsas yarış saat 15:00-da start götürəcək.

Qeyd edək ki, "Formula 1"də yeni mövsüm martın 20-də Bəhreyndə başlayacaq. 10 - 12 iyunda Bakıda Azərbaycan Qran-prisi təşkil olunacaq.

Bakıdakı "Formula 1" yarışının proqramı açıqlanıb



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
853 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...