Serebral iflicdən əziyyət çəkən 6 yaşlı Ətirnazın sizin köməyinizə ehtiyacı var - FOTO

Serebral iflicdən əziyyət çəkən 6 yaşlı Ətirnazın sizin köməyinizə ehtiyacı var -

Ağazadə Ətirnaz Hümbət qızının sizin köməyinizə ehtiyacı var.

Oxu.Az-a müraciət edən Ətirnazın atası qeyd edib ki, övladı serebral iflicdən əziyyət çəkir və birinci qrup əlildir.

Vətən müharibəsi veteranı olan Ağayev Hümbət Məhəmməd oğlu hazırda hərbçidir. İllərdir övladının müalicələrini davamlı olaraq aparan ailə artıq maddi imkansızlıq ucbatından bunu davam etdirə bilmir.

H. Ağayev bildirib ki, müalicə mütəmadi olaraq davam etmədiyi halda Ətirnazın vəziyyəti daha da ağırlaşır. Müalicəni yalnız özəl tibb müəssisələrində etdirmək mümkün olur və ailə oradakı müalicə qiymətlərini davamlı olaraq ödəyə bilmir.

Bərdənin Divanlı kəndində yaşayan ailədən bildirilib ki, övladının müalicəsi “Tandem Ailəyə Təsdək Mərkəzi”ndə mümkündür.

Övladını müalicə etdirmək istəyən Ağazadə Hümbət sizdən kömək gözləyir.

Ata ilə əlaqə üçün: 051 935 33 99
Serebral iflicdən əziyyət çəkən 6 yaşlı Ətirnazın sizin köməyinizə ehtiyacı var -
Serebral iflicdən əziyyət çəkən 6 yaşlı Ətirnazın sizin köməyinizə ehtiyacı var -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1603 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...