35 ildir sədr olan Anar yenidən namizədliyini verəcək - AÇIQLAMA

35 ildir sədr olan Anar yenidən namizədliyini verəcək -

35 ildir Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri olan Anar növbəti dəfə bu posta namizədliyini irəli sürəcək. Dia.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında AYB-nin sədr müavini, Əməkdar mədəniyyət işçisi Rəşad Məcid deyib.

Onun sözlərinə görə, yazıçıların bu il Şuşada baş tutacaq qurultayında seçkilər də keçiriləcək: “Anarın məhz Şuşada yenidən AYB sədri seçilməsinin dərin mənası olacaq. Anar müəllim də bildirib ki, namizədliyini irəli sürəcək. O, Şuşaya bağlı adamdır. İlk əsərini Şuşada yazıb, Üzeyir bəy Hacıbəyli haqda “Uzun ömrün akkordları” filmini çəkib, Şuşanın tarixi ilə bağlı “Qarabağ şikəstəsi” adlı yazı yazıb. Şuşa ilə bağlı bir insandır”.

Qeyd edək ki, Anar bu vəzifəni 1987-ci ildən icra edir. AYB 1934-cü ildə yaradılıb. Bu günə qədər qurumun 15 sədri olub ki, onların da arasında yazıçı Anardan başqa ən çox vəzifədə olanı Mirzə İbrahimovdur. Belə ki, Mirzə İbrahimov 10 il (1965-1975-ci illərdə) quruma rəhbərlik edib. Rəsul Rza, Süleyman Rəhimov, İsmayıl Şıxlı kimi yazıçılar isə cəmi 1 il rəhbər olublar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1348 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...