Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 10% azalıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 10% azalıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 2 440,7 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 % az vəsait yönəldilib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 28% azalıb, qeyri neft-qaz sektoruna investisiyalar isə 10,1% artıb.

3 ay ərzində istifadə olunmuş vəsaitin 1 524,7 milyon manatı və yaxud 62,5%-i məhsul istehsalı sahələrinə, 743,2 milyon manatı və yaxud 30,4%-i xidmət sahələrinə, 172,8 milyon manatı və yaxud 7,1%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 1 676,7 milyon manatını və yaxud 68,7%-ni daxili vəsaitlər təşkil edib, 1 688,2 milyon manatı və yaxud 69,2%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 61,8%, büdcə vəsaitləri 24,6%, əhalinin şəxsi vəsaitləri 8,1%, sair vəsaitlər 3,8%, bank kreditləri isə 1,7% paya malik olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1264 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...