Nazir Dram Teatrına yeni baş rejissor təyin edib

Nazir Dram Teatrına yeni baş rejissor təyin edib
Qusar Dövlət Ləzgi Dram Teatrına yeni baş rejissor təyin olunub.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Əliyar Əliyev teatrın baş rejissoru vəzifəsinə gətirilib.

Nazirliyin nümayəndələrinin iştirakı ilə o, bu gün kollektivə təqdim edilib.

Qeyd edək ki, Əliyar Əliyev 1979-1980-ci illərdə Akademik Milli Dram Teatrında, 1983-1984-cü illərdə “Azərbaycanfilm” kinostudiyasında çalışıb. 1992-ci ildə “Qodonun intizarında” və “Dələduz” tamaşaları ilə Türkiyədə qastrol səfərində olub. Türkiyədə bir sıra özəl teatrlarda rejissor kimi fəaliyyət göstərib.

2010-2019-cu illər arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
3215 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...