Azərbaycanda yüksək vəzifəli şəxsin ölümdən 15 saniyə əvvəl çəkdirdiyi FOTOSU

Azərbaycanda yüksək vəzifəli şəxsin ölümdən 15 saniyə əvvəl çəkdirdiyi

Xəbər verdiyimiz kimi, mayın 19-da Xızıda AMEA-nın Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədovun ölümü ilə nəticələnən yol qəzası baş verib.

Gundeminfo.az Manset.az-a istinadən Tofiq Məmmədovun məlum qəzadan bir neçə saniyə öncə çəkilmiş fotosunu təqdim edir.

Xatırladaq ki, hadisə T.Məmmədovun rəhbərliyi altında Xızı rayonuna təşkil edilmiş ekspedisiya zamanı baş verib. Bakıdan Xızıya yola düşən ekspedisiya üzvləri Giləzi qəsəbəsindən Xızı rayonunun inzibati mərkəzinə doğru hərəkət ediblər və qəza da T.Məmmədov yol kənarında piyada hərəkətdə olan zaman baş verib.

Belə ki, həmin gün DİN Baş Mühafizə İdarəsinin Siyəzən Regional Şöbəsinin əməkdaşı, polis baş serjantı, 1987-ci il təvəllüdlü Kamil Hüseynovun idarə etdiyi "Daewoo Nexia" markalı avtomobillə Sahib Eyvazovun sürdüyü “VAZ 2121-Niva” toqquşub. Nəticədə S.Eyvazovun sükanı arxasında olduğu avtomobil zərbənin təsirindən idarəetmədən çıxıb və yolun kənarına doğru hərəkət edərək piyada, 1957-ci il təvəllüdlü Məmmədov Tofiq Sadıq oğluna çırpılıb. Baş nahiyəsindən ağır xəsarət alan Tofiq Məmmədov hadisə yerində vəfat edib.

Bildirilir ki, hadisə polis baş serjantının istirahətdə olduğu vaxt baş verib.

Faktla bağlı açılmış cinayət işinin materialları Xızı Rayon Prokurorluğuna göndərilib.
Azərbaycanda yüksək vəzifəli şəxsin ölümdən 15 saniyə əvvəl çəkdirdiyi




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2708 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...