AZƏRTAC niyə mətbuatımızın tacı ola bilmir?
Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-ın ölkə üçün necə əhəmiyyətli qurum olduğunu söyləmək yəqin ki, artıqdır. Dövlətin sözünü yazılı qaydada (habelə görüntülərlə) təqdim edən dövlət agentliyi daim ciddi imici ilə seçilib.
AZƏRTAC-ın Nizamnaməsinə əsasən, qurumun məqsədi dövlət səviyyəsində rəsmi xəbərləri, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında baş verən yeniliklər barədə informasiyaları ictimaiyyətə çatdırmaq və Azərbaycan Respublikası haqqında obyektiv məlumatları beynəlxalq miqyasda geniş yaymaqdır. AZƏRTAC-ın ilkin nizamnamə fondu 25 milyon manatdır.
Azərbaycan dövləti tərəfindən bu qurum daim qayğı ilə əhatə edilib (hər il dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılmasından tutmuş, sayı 200-dən çox olan işçi ştatının ayrılmasına qədər) ki, informasiyaların yayılması qüsursuz şəkildə təmin edilsin. Yəni, AZƏRTAC xəbərləri operativ və səhvsiz şəkildə çatdıra bilsin. Operativlik heç, AZƏRTAC-ın fəaliyyətində bundan danışmağa dəyməz. Eyni tədbirin xəbərləri irili-xırdalı bütün yerli mediada dərc olunandan sonra dövlət agentliyinin saytında çıxır. Bəs dəqiqlik? Axı məntiqlə bir KİV xəbəri çox gec yayırsa, həmin qurumun xəbərlərində səhv olmamamlıdır. Ələlxüsus, onlara həvalə olunan Prezidentin iştirakı ilə baş tutan tədbirlərin işıqlandırılması zamanı. Orfoqrafik səhvləri qoyaq bir kənara (hərçənd ayrılmış illik büdcə ilə ən yaxşı redaktor, korrektor heyəti məhz dövlət agentliyində formalaşmalıdır), daha ciddi məsələ fikir səhvlərinə yol verilməsidir.
Nəzərə alanda ki, AZƏRTAC dövlət qurumudur və onun yaydığı məlumatlar yerli və xarici ictimaiyyət tərəfindən dövlətin sözü kimi qəbul edilir, o zaman bu informasiya agentliyinin səhvinin necə bir dəhşətli xəta olduğunu aydın təsəvvür etmək olar. Artıq adi hala çevrilib: AZƏRTAC da hansısa rəsmi məlumat yayımlanır, bütün yerli mətbuat bundan istifadə edir, sonradan kimsə bu səhvi görüb bildirir, agentliyin də redaktorları telefonu alıb əlinə bir-bir saytlara zəng edib xahiş edirlər ki, həmin hissəni düzəltsinlər. Hətta həmkarlardan biri zarafatyana bildirdi ki, “o qədər büdcəniz var, bir operator da tutun belə səhvlər olanda zəng eləsin saytlara”.
Məsələn, 2020-ci ildə AZƏRTAC-a dövlət büdcəsindən 9,210 milyon manat (illik müqayisədə 33,2% çox) vəsait ayrılıb.
AZƏRTAC-la bağlı ən ciddi problemlərdən biri də bu KİV-in xarici büroları ilə bağlıdır. Əksər hallarda hansı fəaliyyətlə məşğul olduğu bilinməyən xaricdəki müxbirlərin gördüyü işlər Bakıdakı həmkarları ilə müqayisədə az gözə çarpır, bəzən isə heç görünmür. Bunun bir səbəbi də onların böyük əksəriyyətinin kimlərinsə qohumu, yaxını olması ilə bağlıdır (bu barədə mətbuatda dəfələrlə yazılıb). Axı AZƏRTAC-ın xaricdəki müxbirləri az iş müqabilində böyük məbləğlərdə maaş alırlar. Belə ki, hər müxbirin maaşı fəaliyyət göstərdiyi ölkədəki Azərbaycan Respublikası səfirinin aylıq vəzifə maaşının 55 faizi məbləğindədir. Üstəlik, hər il ən azı bir aylıq vəzifə maaşları həcmində maddi yardım və bir aylıq vəzifə maaşları həcmində mükafat ödənilir, istirahət və iş günü hesab edilməyən günlərdə işçilərin gündəlik vəzifə maaşları üçqat məbləğdə müəyyən edilir, bundan əlavə kirayə haqqı, nəqliyyat xərcləri ödənilir. Əgər AZƏRTAC əməkdaşının övladı xaricdəki orta məktəbdə ödənişli təhsil alarsa, onun ödənişinin də 500 dollarını Azərbaycan dövləti ödəyir. Yəni, xaricdə AZƏRTAC-ın müxbiri olmaq hazırda hansısa bir inkişaf etmiş ölkədə tam həyati təminatla əhatə olunmaq, övladlarını oxutmaq imkanı və sair deməkdir. Elə buna görə də bir vaxtlar Prezidentin köməkçisi işləmiş Əli Həsənov əksər qohum - əqrəbasını bu xətlə xaricdə rahat həyatla təmin edib ki, onlar günü bu gün də öz işlərinin başındadır. AZƏRTAC-ın xaricdəki müxbirlərinin daha çox iki işi gözə dəyir. Birincisi, çalışdıqları, daha dəqiq desək yaşadıqları ölkədə yerləşən Azərbaycan Respublikası səfirliklərinin press-relizinin aşağısına imza qoymaqla onu dövlət informasiya agentliyinin baş ofisinə göndərmək, ikincisi, Azərbaycanın xəbər saytlarında yer alan informasiyaları 3-4 saat sonra hazırlayaraq dərc etdirmək.
Qeyd olunan elə bu iki məsələ (belə məsələlər onlarladır) sübut edir ki, AZƏRTAC nəinki ölkə mətbuatının flaqmanı olmağı bacardı, əksinə öz səhvləri ilə ölkənin imicinə də ciddi ziyan vurmaq kimi təhlükə yaratdı.
822 dəfə oxundu