Ermənistan himninə görə kürsünü tərk edən güləşçimizin medalı alındı

Ermənistan himninə görə kürsünü tərk edən güləşçimizin medalı alındı

Romada keçirilən U-20 Avropa çempionatında yarışan Azərbaycan idmançısı Sabir Cəfərov qalmaqala səbəb olub.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, yarışda uğurlu çıxış edən idmançı finala qədər irəliləyib.

O, həlledici görüşdə erməni güləşçisi Hayk Papikyana 3:2 hesabı ilə məğlub olub və gümüş medal əldə edib.

Lakin mükafatlandırma zamanı erməni himninin səsləndirilməsi zamanı Sabir Cəfərov kürsünü tərk edib.

Məhz bu, böyük qalmaqala səbəb olub. Nəticədə təşkilatçılar Sabir Cəfərovu yarışdan kənarlaşdırıblar və onun gümüş medalı əlindən alınıb



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
960 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...