"Lex"in iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq

"Lex"in iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq

Polşanın "Lex" klubunun 2 futbolçusu "Qarabağ"a qarşı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunlarını buraxacaq.

"Report"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Con van den Brom açıqlama verib.

Niderlandlı mütəxəssisin sözlərinə görə, polşalı müdafiəçi Bartoş Salamon zədə, ispaniyalı yarımmüdafiəçi Dani Ramires isə Poznan təmsilçisindən ayrılmaq istədiyi üçün qarşıdakı görüşlərdə meydana çıxmayacaqlar.

Qeyd edək ki, iyulun 5-də Poznandakı eyniadlı arenada oynanılacaq "Lex" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab qarşılaşması 1 həftə sonra Bakıda keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
798 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...