İstənilən adamı özünüzə aşiq edə bilərsiniz - Bilmədiyimiz MARAQLI FAKTLAR
Sevginin yuvası qəlbdir yoxsa beyin?
Əslində sevmək dediyimiz şey orqanizmdə kimyəvi proseslərin sürətlənməsi deməkdir. Elə bu proseslərə görə xoşəxt sevgi insanı gözəlləşdirir, gəncləşdirir, uğursuz sevgi qocaldır.
Lent.az sevginin kimyası barədə çox maraqlı məlumatı diqqətinizə çatdırır.
Sevgi insan beyninə narkotik kimi təsir göstərir, asılılıq yaradır. İnsanın sevgisi (biz buna ehtirası desək, daha düz olar), artdıqca beyində həyəcan və həzz duyğularının yaranmasına səbəb olan hormonlar aktiv hala gəlir. Həmin hormonlar bunlardır:
Dofamin, noradrenalin və feniletilamin maddələrinin artıq ifrazı nəticəsində tənəffüsümüz sürətlənir, təzyiqimiz, nəbzimiz yüksəlir.
Noradrenalin maddəsi beynin diqqət və ətrafa cavab verən hissələrinə təsir edir. Aşiq olan insanın fikrini cəmləyə bilməməsi, dalğın olmasının səbəbi noradrenalinin ifrazının çoxalması ilə bağlıdır.
Adrenalin və noradrenalin birlikdə ürək döyüntülərini, qanda qlükoza miqdarını və skelet əzələlərinə gedən qan axınını artırır, insanı cəsur və davakar edir. Sevgilisindən ötrü cəng edən qəhrəmanları qəhrəman edən bu hormondur.
Beyində noradrenalin səviyyəsinin artmasıyla xoşbəxtlik artır, iştah azalır. Aşiq olan şəxslərin səbəbsiz sevincinin, iştahdan kəsilməsinin, yuxusuzluğunun səbəbi budur.
Feniletilamin ürək döyüntüsünün sürətlənməsi, əllərin tərləməsi və tənəffüsün çətinləşməsi kimi reaksiyalara səbəb olur. Bunun üçün sevdiyin şəxsdən xoş mesaj almaq yetərli olur.
Dofamin isə insanı daha danışqan, daha romantik edir, həyəcanı artırır. Bu duyğular beyni xoşbəxt etdiyi üçün beyin daima sevgiyə ehtiyac duyur. Çoxları “sevgi öldü, əvvəlki həyəcan qalmadı” deyir. Yox, sevgi ölməyib, sadəcə, tərəflər bir-birlərini yaxşı tanıyırlar deyə, alışırlar, həyəcan itir və bu hormonlar ifraz olunmur. Yaradıcı insanların beyni xoşbəxt etmək üçün yeni duyğular, hisslər arxasınca qaçmasını bununla izah eləmək lazımdır.
Bəs beynin “həyəcanlanma” funksiyası zamanla korşalmırmı? Bəli, korşalır. Necə ki, narkotik maddələr bir müddət sonra həzz yerinə, ağrı verməyə başlayır. Dayanmadan yeni duyğular arxasınca qaçan da ( çox aşiq olan, sevgililəri çox olan insanlar) bir müddət sonra sevgi duyğusunu itirirlər. Ortada, sadəcə fiziki təmaslar nəticəsində yaranan az müddətli hormonal proses - şəhvət qalır. Bir müddət sonra həzz duyğusu ümumiyyətlə qeyb olur.
Sevgi dediyimiz şey, əslində beynimizin insan nəslinin davam etməsi üçün qurduğu oyundan başqa bir şey deyil.
İnsanların bir-birinin diqqətini çəkməsini təmin edən əsas maddə feromonlardır. Feromonları tər vasitəsilə dəri səthinə çıxan və oradan da buxarlanan cinsi hormonlardır. Hər bir insanın feromonunun öz qoxusu var, biz bu qoxunu hiss etmirik, beyin hiss edir.
Məsələn, beyin qarşısındakı şəxsin hansı xəstəliklərinin olmasını o feromonların qoxusu ilə ayırd edir, gələcək nəslin sağlamlığını nəzərər alıb qərar verir.
Beyin üçün ehtiyat piy təbəqəsi bol olan qadınlar (kök və sağlam qadınlar) daha çəkicidir. Çünki məhz onlar dünyaya sağlam uşaq gətirməyə və keyfiyyətli südlə təmin etməyə qadirdirlər.
Kişi beyni çiyni, sağrısı və bud nahiyəsi böyük olan qadını ideal sayır. Çünki qadın cinsi hormonları olan estrogenlər piyin məhz sağrı və bud nahiyəsində yığılmasını təmin edir.
Qadın beyni enlikürək kişini güclü hesab edir. Ona görə uniformalı kişilərə qadınların marağı çox olur. Beyin bu kişini güclü, gələcək nəslin etibarlı qoruyucusu kimi qəbul edir.
Qısası, sevgi dediyimiz o ali duyğu əslində beynin çoxalmaq instinktidir. Kim kimi idarə edir sizcə?
867 dəfə oxundu