Bu gün Azərbaycanda Super Ay müşahidə olunacaq
İyulun 13-də Super Ay müşahidə olunacaq. Bu, 2022-ci ilin 2-ci Super Ayı olacaq. 1-ci Super Ay iyun ayının 14-də baş vermişdi, bu zaman Aya qədər məsafə 357433 km olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrası məlumat yayıb.
Bildirilib ki, bu gün, həmçinin, Ayla əlaqəli iki mühüm astronomik hadisə baş verəcək: bu, perigey və Tam Aydır.
Perigey iyulun 13-də Bakı vaxtı ilə saat 13:09-da baş verib. Ay Yerə 357263 km-ə qədər yaxınlaşacaq və Ayın görünən diametri 33 dəqiqə 27 saniyə olub. Tam (Dolu) Ay həmin gün Bakı vaxtı ilə saat 22:38-də görünəcək. Super Ay hadisəsini bütün gecə ərzində Azərbaycan ərazisindən müşahidə etmək mümkün olacaq.
Dolu (bədirlənmiş) Ay təbii peykimizin perigeydə olmasına təsadüf edirsə, bu zaman Super Ay hadisəsi baş verir. Perigey Ayın orbitində planetə minimum məsafədə yaxınlaşdığı andakı nöqtədir. Bu, Ayın planetimizin ətrafında fırlandığı elliptik orbitlə bağlıdır. Bu hadisə sayəsində Yerdən Ay diskini adi haldan daha böyük ölçüdə görə bilirik.
Super Ay Tam ayın Yerə 362000 km-dən daha yaxın məsafədə yaxınlaşdığı və perigey və Dolu (Tam) Ayın keçid anları arasında müddət 3 gündən az olduqda baş verir. Bu iki anın (perigey və Tam Ay) üst-üstə düşmələri hər il təsadüf edir. İldə 12 və ya 13 Tam Aydan 3-ü və ya 4-ü Super Ay kimi müşahidə oluna bilər. Lakin perigey və Tam Ayın baş vermə anları arasında fərqin 9 saatdan az olması nadir haldır.
720 dəfə oxundu