"Sputnik Azərbaycan"ın 4 redaktoru Rusiyanın mövqeyinə görə istefa verdi

"Sputnik Azərbaycan"ın 4 redaktoru Rusiyanın mövqeyinə görə istefa verdi
Ötən gün “Sputnik Azərbaycan” saytının rus dilli versiyasının redaktorları Zülfiyyə Qurbanova, Cəmilə Əfəndiyeva, Gülzar Mustafayeva və Elena Starostina tutduqları vəzifədən istefa veriblər.

Yeniavaz.com xəbər verir ki, onlar bu barədə sosial şəbəkə hesablarında paylaşım ediblər.

Bildirilib ki, onlar “Qisas” əməliyyatı zamanı Azərbaycanın atəşkəsi pozduğunu iddia edən Rusiya Müdafiə Nazirliyinin məlumatını verməkdən imtina edərək bu addımı atıblar.

“Mən və bəzi həmkarlarım öz mövqeyimizdə Azərbaycanın mövqeyini müdafiə edərək mümkün və mümkün olmayan hər şeyi etdik. Mən bir Azərbaycan Respublikasının vətəndaşı kimi buradakı işimdən utanmıram, vicdanım hər şeydən təmizdir. Bizi əymək istəyəndə biz də buna son qoyub getdik”, - Gülzar Mustafayeva deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
800 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...