“Nar” nüfuzlu beynəlxalq mükafata layiq görüldü

“Nar” nüfuzlu beynəlxalq mükafata layiq görüldü


“Nar” “Stevie® Awards” beynəlxalq biznes mükafatına layiq görülüb. Mobil operator bu il müştəri məmnuniyyəti nominasiyası üzrə “Stevie®” mükafatına layiq görülən yeganə Azərbaycan şirkəti oldu. “Nar”ın son üç il ərzində Müştəri Loyallığı İndeksi üzrə (Net Promoter Score) Azərbaycan mobil rabitə bazarındakı liderliyi və eləcə də, çoxfunksiyalı “Nar+” tətbiqi mükafatın münsifləri tərəfindən xüsusi vurğulanıb.
Qeyd edək ki, “Stevie® Awards” 2002-ci ildə ABŞ-da təsis olunub, məqsədi dünya üzrə biznes sahəsində fəaliyyət göstərən şirkətlərin və şəxslərin nailiyyətlərini mükafatlandırmaq və müsbət örnək kimi tanıtmaqdır.
2019, 2020 və 2021-ci illərdə keçirilən müstəqil araşdırmalar nəticəsində ardıcıl olaraq müştərilərin yüksək loyallığını qazanan “Nar” Azərbaycanda müştəri yönümlü biznes siyasəti, sərfəli qiymətləri ilə tanınır.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
662 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...