İcra başçısı muğam müsabiqəsinin laeruatını qəbul edib

İcra başçısı muğam müsabiqəsinin laeruatını qəbul edib
Avqustun 24-də Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov VIII Televiziya Muğam müsabiqəsində iştirak edərək 2 ci yerə layiq görülmüş, əslən Tərtər rayonundan olan Ülkər Abdullayevanı qəbul edib.
İcra başçısı gənc xanəndəni respublikamızda və onun hüdudlarından kənarda çox populyar olan ənənəvi müsabiqədə uğur qazanması münasibətilə təbrik edib. Qeyd edib ki, Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən bu möhtəşəm sənət yarışması muğam ifaçılığının inkişafında və gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayır. Müsabiqənin təşəbbüsçüsü və ilhamvericisi Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva xalqımızın ən böyük sərvətlərindən biri olan muğam sənətinə xüsusi diqqət və qayğı göstərir. Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə UNESKO-nun mədəni irs siyahısına daxil edilən Azərbaycan xalq sənət nümunələrindən biri də muğamdır. Diqqətə çatdırıb ki, televiziya muğam müsabiqələri yeni nəsil muğam ifaçılarının aşkara çıxarılmasına, böyük sənətə vəsiqə almasına şərait yaradır.
Gənc xanəndə Ülkər Abdullayeva ölkəmizdə muğam sənətinə, bu sənəti seçən ifaçılara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Rayon rəhbəri gənc xanəndəyə gələcək fəaliyyətində uğurlar arzulayıb, xalqımızın və dövlətimizin etimadını hər zaman doğrultmağı tövsiyə edib.
İcra başçısı muğam müsabiqəsinin laeruatını qəbul edib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
756 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...