Cəbrayıllılar 4 oktyabr tarixini qürurla qeyd edirlər

Cəbrayıllılar 4 oktyabr tarixini qürurla qeyd edirlər
İşğaldan azad edilmiş Vətən torpaqlarına həyat yenidən qayıdır

Cəmi 2 il əvvəl biz torpaqlarımızın işğal tarixlərini qeyd edirdik. Ürək ağrısı və eyni zamanda bir ümid hissi ilə ki, bu işğala mütləq son qoyulacaq. Nəhayət, Ali Baş Komandan İlham Əliyev və müzəffər Azərbaycan Ordusu ümidlərimizi gerçəkliyə çevirdi, xalqın 30 illik həsrətinə son qoydu.
Cəbrayıl sakinləri ilə görüşü zamanı Prezident İlham Əliyev deyib:“Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu qələbənin çox böyük mənası var idi. Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bunun çox böyük rəmzi mənası var idi. Bu, bizim Ordumuza əlavə güc verdi, inam verdi”.
Dövlətimizin başçısı həmçinin bildirib ki, məhz burada, bu ərazidə düşmən bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Bizim əsgər və zabitlərimiz, sözün əsl mənasında, ölümə gedirdilər.
Erməni vandalları Cəbrayıl şəhərində daşı-daş üstündə qoymamışdılar. Cəmi iki bina salamat qalmışdı ki, orada da onların hərbi hissəsi yerləşirdi.
Bu gün biz qürur hissi ilə deyirik ki, şəhidlərimizin canı-qanı bahasına işğaldan azad edilmiş torpaqlarımıza həyat yenidən qayıdır. Burada ilk növbədə ermənilərin növbəti terroru olan minalarla mübarizə işləri sürətləndirlir.
Bundan sonra rayonda ənənəvi kənd təsərrüfatı sahələrinin, eləcə də xalçaçılığın inkişafı nəzərdə tutulur. Cəbrayıllılar, hətta bu rayonda doğulmayanlar da yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.
Svetlana Bağırova,
“Yeni Tərtər”qəzetinin redaktoru



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
613 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...