Meksikada silahlı şəxslər 18 nəfəri öldürüb

Meksikada silahlı şəxslər 18 nəfəri öldürüb
Meksikanın cənub-qərbindəki Herrero ştatının San-Migel-Totolapan yaşayış məntəqəsində naməlum cinayətkarlar 18 nəfəri öldürüblər.

“Report” xəbər verir ki, bu barədə “La Jornada” qəzeti regiondakı mənbələrə istinadən məlumat yayıb.

Silahlı şəxslər administrasiya binasına hücum etməzdən əvvəl mer Konrado Mendosu və onun atası Xuan Mendosu güllələyiblər. Bu hücum zamanı 16 nəfər həlak olub, daha iki nəfər isə ağır yaralanıb.

Rayon rəsmiləri yaşayış məntəqəsində silahlı hücum barədə məlumatı təsdiqləsələr də, ölən və yaralananların sayı barədə məlumat verməyiblər. İctimai təhlükəsizlik departamentindən verilən açıqlamaya əsasən hadisə yerinə 100-dən çox ştat polisi gəlib. Qatillərin axtarışı əməliyyatına quru qoşunlarının və dəniz piyadalarının əsgərləri, həmçinin azı iki helikopter cəlb edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
632 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...