İFFHS reytinq cədvəlini açıqladı: “Qarabağ” ilk 100-də, "Beşiktaş" siyahıda yoxdur

İFFHS reytinq cədvəlini açıqladı:
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünya klublarının yeni reytinq cədvəlini açıqlayıb.

Gundeminfo.az xəbər verir ki, 305 klubun olduğu siyahıda Azərbaycan təmsilçisi “Qarabağ” 130,5 xalla 91-ci pillədə qərarlaşıb.
Məlumat üçün bildirək ki, sıralamada ilk 5 yeri bu komandalar tutur:

1. “Palmeyras” (Braziliya) - 308 xal
2. “Flamenqo” (Braziliya) - 301 xal
3. “Real Madrid” (İspaniya) - 280 xal
4. “Mançester Siti” (İngiltərə) - 272 xal
5. “Liverpul” (İngiltərə) - 271 xal

Bundan əlavə siyahıda bir neçə Türkiyə klubu da yer alıb:

73. “Fənərbağça” - 141,5 xal
117. “Başakşehir” - 118,5 xal
139. “Trabzonspor” - 107,5 xal
148. “Qalatasaray” - 103,5 xal
187. “Sivasspor” - 90 xal
228. “Konyaspor” - 81 xal
272. “Alanyaspor” - 71 xal

Türkiyə Super Liqasında ilk sıralarda qərarlaşan “Adana Demirspor” və “Beşiktaş” klubları siyahıda yer almayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
600 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...