Fazil Məmmədovun dəfn vaxtı və yeri müəyyənləşdi

  Fazil Məmmədovun dəfn vaxtı və yeri müəyyənləşdi
Ötən gecə Türkiyədə vəfat edən Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov noyabrın 5-də dəfn olunacaq.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə "Report"a onun ailəsindən məlumat verilib.

Bildirilib ki, sabiq nazirin cənazəsi bu gün Azərbaycana gətiriləcək və o, sabah Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, F.Məmmədov ötən gecə Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilib.

Xatırladaq ki, F.Məmmədov 1964-cü ildə anadan olub. O, 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
757 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...