Parlamentdə ABŞ əleyhinə sənədin müzakirəsi başladı

Parlamentdə ABŞ əleyhinə sənədin müzakirəsi başladı


Milli Məclisin iclası öz işinə başlayıb. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev çıxış edib və hazırladığı “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qanun layihəsi ilə bağlı danışıb.

““Azərbaycan Demokratiya aktı” qanun layihəsinin ABŞ Konqresinə verilməsinin kökündə erməni lobbisi, ermənilər dayanır. Bu addımın kökündə dayanan əsas ideya ondan ibarətdir ki, Azərbaycanda insan hüquqları pozulur və ermənilər Azərbaycanda yaşaya bilməzlər. Bu, ermənilərin Dağlıq Qarabağla bağlı muxtariyyət almaları üçün bəhanədir.

Sual oluna bilər ki, layihənin müəllifini insan hüquqlarının pozulması narahat edirsə, Xocalı faciəsi, ermənilər tərəfindən edilən etnik təmizləməyə qarşı niyə reaksiya verilməyib? Qeyd edim ki, ABŞ-ın özündə insan hüquqları ilə bağlı problemlər mövcuddur və bu qanun layihəsində əksini tapıb”.

Deputat spiker Oqtay Əsədovdan qanun layihəsinin komitələrdə müzakirə edilməsi üçün icazə istəyib. Oqtay Əsədov qanun layihəsinin 3 komitədə- Hüquq siyasəti və dövlət quruculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, İnsan hüquqları komitələrində müzakirə ediləcəyini bildirib. (modern.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1038 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...