Bakı məktəbində insident - Araya girən direktor müavini xəsarət aldı

Bakı məktəbində insident -

Bakı məktəbində şagirdlər arasında insident yaşandığı iddia olunur. Hadisənin martın 10-da Yasamal rayonu 158 nömrəli orta məktəbdə Azərbaycan və rus bölümündə təhsil alan şagirdlər arasında yaşandığı bildirilir.

Bizim.media-ya bu barədə məlumat verən mənbənin sözlərinə görə, olayın baş verdiyi gün Elm və Təhsil Nazirliyinin nümayəndələrindən ibarət komissiya məktəbdə olub.

Bu zaman 9 və 11-ci sinif şagirdləri arasında mübahisə yaşanıb. İnsident zamanı şagirdlərdən birinin əlində bıçaq olduğu da bildirilir.

Mübahisəni sakitləşdirmək üçün araya girən direktorun təlim-tərbiyə işləri üzrə müavini Nəzakət Cəfərova üz nahiyəsindən ciddi xəsarətlər alıb.
Mənbə bildirir ki, mübahisənin hansı səbəbdən və məhz komissiyanın məktəbdə olduğu vaxtda baş verməsi bir qədər müəmmalı görünür. Amma ciddi olay olduğundan məktəbə ərazi üzrə polis əməkdaşları çağırılıblar. Olay iştirakçılarından və zərərçəkəndən izahatlar alınıb.

Məsələ ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsindən hər hansı cavab ala bilmədik. Daha sonra 158 nömrəli orta məktəbin direktoru Mehriban Ələkbərova ilə əlaqə saxladıq.

Mehriban xanım sualımızı eşidər-eşitməz - “nə sözünüz varsa, buyurun, məktəbə gəlin, danışaq”, - deyə bildirib. Zərərçəkən Nəzakət Cəfərova isə məsələni nə təsdiq, nə də inkar edib. O, şagirdlərdən ibarət tədbirdə iştirak etdiyi üçün məsələyə sonra münasibət bildirəcəyini qeyd edib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
399 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...