Abşeronda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib - FOTOLAR

Abşeronda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib -

Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

“Gundeminfo.az” xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüququ-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri və qazilər iştirak edib.

Gənclərin və könüllülərin də fəal qatıldığı aksiyada 1000-ə yaxın ölkəmizin iqlim şəraitinə uyğun və dözümlü, dekorativ cəhətdən yaraşıqlı Eldar şamı və zeytun kimi həmişəyaşıl ağaclar əkilib.

Əkilən hər bir ağacın küləkdən qorunması üçün bərkidilmə işləri həyata keçirilmiş, normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə edilib, yeni salınmış yaşıllıq zonasının daimi suvarılmasını təmin etmək məqsədilə suvarma şəbəkəsi qurulub.

Abşeronda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib -
Abşeronda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib -
Abşeronda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib -
Abşeronda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib -
Abşeronda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib -
Abşeronda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib -

Bundan əlavə Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə cari ilin yanvar ayından etibarən rayonun bütün kənd və qəsəbələrində ağacəkmə aksiyaları keçirilib, yeni yaşıllıq sahələri salınmış, mövcud yaşıllıqlara isə daimi qulluq göstərilib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
427 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...