Aqil Qurbanova Müdafiə Nazirliyində daha bir yüksək vəzifə verilib

Aqil Qurbanova Müdafiə Nazirliyində daha bir yüksək vəzifə verilib
Müdafiə Nazirliyinin Hərbi-Texniki Təchizat Baş İdarəsinə rəis təyin olunub.

Yeniavaz.com xəbər verir ki, MN-nin saytında yer alan məlumata əsasən Aqil Qurbanov Prezident İlham Əliyevin 27.02.2023-cü ildə imzaladığı Sərəncamla müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini – Hərbi-Texniki Təchizat Baş İdarəsinə rəis təyin edilib.

Qeyd edək ki, Qurbanov Aqil Səlim oğlu 15 avqust 1986-cı ildə Bakı şəhərində anadan olub.

2004-2008-ci illərdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr təhsili alıb.

2012-2014-cü illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində magistr təhsili alıb.

2015-2019-cu illərdə “PAŞA Holding” MMC-də investisiyalar üzrə direktor olub.

Daha sonra “Sumqayıt Texnologiyalar Parkı”nın Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.

09.12.2022-ci il tarixdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini vəzifəsinə təyin edilib.

Ailəlidir. İki övladı var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
311 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...