Polisin kompüterini alıb qaçan sürücüdən XƏBƏR VAR
Bərdədə polisin əlindəki bort kompüteri alaraq qaçmağa cəhd edən sürücünün işi prokurorluğa göndərilib.
Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirb.
O deyib ki, rayon ərazisində polisin əlindən bort kompüteri alaraq qaçmağa cəhd göstərən Telman Həsənovun barəsində rayon polis şöbəsində toplanmış materiallara müvafiq qaydada baxılması üçün rayon prokurorluğuna göndərilib. Xatırladaq ki, Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı yolun sağ hərəkət hissəsində dayanma-durma qadağandır nişanının tələbini pozan, üzərində əlavə avadanlıq quraşdırılmış "QAZ-24" markalı avtomobil müəyyən edilib və müvafiq qaydada protokol tərtib edib. Bu vaxt bir nəfər şəxs polis əməkdaşına yaxınlaşaraq əlindəki bort kompüteri alaraq qaçmağa cəhd göstərib. Polis əməkdaşları tərəfindən həmin şəxsdən bort kompüter geri alınıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, bort kompüteri polis əməkdaşının əlindən alaraq qaçan şəxs rayon məhkəməsində sürücü vəzifəsində çalışan Telman Həsənovdur.
554 dəfə oxundu