“Qazprom“ Gürcüstana “SOCAR“dan daha ucuz qaz təklif edir

“Qazprom“ Gürcüstana “SOCAR“dan daha ucuz qaz təklif edir


"Rusiya tərəfinin təklif etdiyi qiymət Azərbaycan tərəfinin təklif etdiyi qiymətdən aşağıdır"

Rusiyanın "Qazprom" şirkəti Gürcüstana SOCAR-dan daha ucuz təbii qaz təklif edir. "APA-Economics"in "Georgia Online" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstanın baş nazirinin I müavini, energetika naziri Kaxa Kaladze bildirib.


K. Kaladze konkret rəqəm açıqlamayıb və bildirib ki, Rusiya tərəfinin təklifi SOCAR-a təqdim olunub: "Mən rəqəm açıqlamaq istəmirəm. Ancaq onu deyə bilərəm ki, Rusiya tərəfinin təklif etdiyi qiymət Azərbaycan tərəfinin təklif etdiyi qiymətdən aşağıdır və olduqca rəqabətqabiliyyətlidir. Biz artıq Rusiya tərəfinin təkliflərini SOCAR-a təqdim etmişik".

Baş nazirin müavini bildirib ki, bu gün Gürcüstana SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti səfər gələcək və yuxarıda qeyd edilən məsələlər Azərbaycan tərəfi ilə müzakirə olunacaq. Görüşdən sonra ictimaiyyət üçün bəyanat veriləcək.

K. Kaladze əlavə edib ki, SOCAR Gürcüstanın təbii qaza olan tələbatını tam ödəyə bilmir.

"Bu gün Gürcüstanda qazın illik tələbatı 2,5 milyard kubmetr təşkil edir ki, bu da 2012-ci ildəki göstəricidən 38% çoxdur. 2015-ci ildəki tələbat 2014-cü illə müqayisədə 19% artıb. Hazırda biz gündəlik olaraq 11 milyon kubmetr qaz tədarük etməli oluruq. Onun əsas hissəsini SOCAR-ın "Qazax" boru kəməri vasitəsilə nəql olunan 6 milyon kubmetr qaz təşkil edir. 2,9 milyon kubmetr qazı isə "Şahdəniz"dən alırıq. Qalan hissəni biz Rusiyadan tranzitə görə alırıq. Biz SOCAR-ın kəmərindən bundan artığını ala bilmirik. Fizik baxımdan bu kəmərlə 6 milyon kubmetr qaz tədarük etmək mümkün deyil", - deyə nazir bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1060 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...