İcra başçısı 75 yaşlı şəhid atasını ad günündə ziyarət etdi

İcra başçısı 75 yaşlı şəhid atasını ad günündə ziyarət etdi


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon Təşkilatının sədri Eldar Əsədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi müavini Pərviz Hüseynov birinci Qarabağ müharibəsi şəhidi Kazımov Ərəstun Şəmsəddin oğlunun atası Şəmsəddin Kazımovla ad günü ərəfəsində görüşüb, şəhid atasını 75 illik yubileyi münasibəti ilə təbrik edərək ona səmimi arzularını çatdırıb. İcra başçısı bütün şəhid valdeyinlərinin baş tacımız olduğunu bildirib. Şəhid atasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib, ailənin qayğıları ilə maraqlanıb.

Qeyd edək ki, şəhid Kazımov Ərəstun Şəmsəddin oğlu 1975-ci il yanvar ayının 1-də Tərtər rayonunun Qazyan kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində almışdır. 1993-cü il aprel ayında rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına həqiqi hərbi xidmətə göndərilmişdir. Xidmət etdiyi N saylı hərbi hissənin tərkibində Ağdərə bölgəsində, Həsənqaya, Talış, Çaylı kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1993-cü il dekabr ayının 28-də Çaylı kəndi ətrafında gedən döyüşdə şəhid olmuşdur.

Şəhid atası bütün şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.



İcra başçısı 75 yaşlı şəhid atasını ad günündə ziyarət etdi
İcra başçısı 75 yaşlı şəhid atasını ad günündə ziyarət etdi
İcra başçısı 75 yaşlı şəhid atasını ad günündə ziyarət etdi
İcra başçısı 75 yaşlı şəhid atasını ad günündə ziyarət etdi
İcra başçısı 75 yaşlı şəhid atasını ad günündə ziyarət etdi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
485 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...