Vardanyandan sonra növbə onlarındı - Qarabağda gizlənən separatçılar
Xəbər verdiyimiz kimi, qanunsuz yollarla Azərbaycan Respublikasının ərazisinə gələrək qondarma “Dağlıq Qarabağ respublikasının dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Vardanyan sentyabrın 27-də “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.
Vardanyanın cinayəti bəllidir: o, Azərbaycanın Konstitusiya quruluşuna qarşı separatçılıq hərəkətlərində iştirak edib.
Ancaq Ruben Vardanyan Azərbaycan Respublikasının axtardığı yeganə separatçı deyil.
KONKRET.az Modern.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu 2022-ci ildə milliyətcə erməni olan 297 nəfərə qarşı Cinayət Məcəlləsinin 103-cü (soyqırımı), 113-cü (işgəncə), 115-ci (müharibə qanunlarını və adətlərini pozma), 116-cı (silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüququ pozma) maddələri ilə cinayət işi açıb. Onların hamısı ilə bağlı axtarış elan edilib.
Bu şəxslərin arasında Qarabağ separatçılarının keçmiş başçısı Arayik Arutyunyan da var. A.Arutyunyan barəsində Azərbaycan Cinayət Məcəlləsinin 100.1, 100.2 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.1, 116.0.6, 116.0.7, 116.0.8-1 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (Silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1, 120.2.4, 120.2.12 (Qəsdən adam öldürmə), 186.3 (Əmlakı qəsdən məhv etmə), 214.2.1, 214.2.3 (Terrorçuluq), 218.3 (Cinayətkar birlik (təşkilat) yaratma), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanılıb. A.Arutyunyan hazırda Qarabağ ərazisində gizlənir.
Qarabağda gizlənən cinayətkarlardan biri də Arkadi Qukasyandır. A.Qukasyan 1997-ci ildən 2007-ci ilədək Qarabağ separatçılarına başçılıq edib. O, azərbaycanlılara qarşı bir sıra ağır cinayətlərdə iştirak edib.
Qukasyandan sonra Qarabağ separatçılarının rəhbəri olmuş Bako Saakyan da hazırda Xankəndidə vurnuxur. O da Qarabağdan qaçmağın yollarını axtaran cinayətkarlardandır.
Azərbaycan 2022-ci ilin fevralından Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyanı beynəlxalq axtarışa verib. Köçəryan və Sarkisyan 1988-ci ildəki separatçı fəaliyyətlərinə görə axtarılırlar.
Azərbaycanın axtardığı şəxslərin siyahısında 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olmuş Seyran Ohanyan da var. Onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 103-cü -soyqırımı maddəsi ilə cinayət işi başlanıb. Təqdimata Bakı Hərbi Məhkəməsində baxılıb və Seyran Ohanyan barəsində qiyabi həbs-qətimkan tədbiri seçilib. S.Ohanyan azərbaycanlı əhaliyə qarşı cinayətlər, xüsusən Xocalı soyqırımının törədilməsinin əsas iştirakçılarından sayılır.
Özünü qondarma rejimin “xarici işlər naziri” kimi təqdim edən David Babayan, həmçinin, xuntanın “keçmiş müdafiə naziri” Calal Arutunyan barəsində də axtarış elan edilib. Onlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100, 214-2, 281.1 və 318.1-ci maddələri ilə təqsirləndirilir.
Azərbaycanın axtarış siyahısında erməni iş adamları, Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyan, “Taşir Group”un sahibi Samvel Karapetyan, “Royalsis” şirkətinin sahibi David Qalstyan da var. Adıçəkilən şəxslər 2001-2021-ci illərdə Ermənistana iriçaplı hərbi silahlar, döyüş sursatları, partlayıcı maddələr və qurğular aparıblar. Bu silahlar oradan Qarabağa daşınıb.
Samvel Karapetyan, David Qalstyan və Ara Abramyan Azərbaycan Cinayət Məcəlləsinin 100.1, 218.1, 228.3, 279.1 və 206.4-cü maddələri ilə ittiham edilib, barələrində həbs qətimkan tədbiri seçilib, hamısına beynəlxalq axtarış elan edilib.
385 dəfə oxundu