Tərtərlilər “Anım Günü”ndə açıq havada fəaliyyət göstərən ev muzeyinə ekskursiya etdilər
Tərtərlilər “Anım Günü”ndə 44 günlük Vətən müharibəsində erməni separatçıları tərəfindən atılan “Smerç” raketi nəticəsində dagıdılmış açıq havada fəaliyyət göstərən ev muzeyinə ekskursiya etdilər
Tərtərdə 27 sentyabr-Anım Günü ilə bağlı şəhərin Elman Səfərov küçəsində yerləşən Sahib İsmayılova məxsus 44 günlük Vətən müharibəsində erməni separatçıları tərəfindən atılan “Smerç” raketi nəticəsində dagıdılmış açıq havada fəaliyyət göstərən ev muzeyinə sakinlərin ekskursiyası keçırılib.
Ekskursiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının, Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizin ruhlarına Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov tərəfindən dualar oxunub.
Sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən “Anım Günü” Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Bu gün səhər saatlarından başlayaraq respublikamızın bütün şəhər və rayonlarinda, o cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilir, xalqımız Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini qürurla yad edir.
Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması, çoxsaylı müharibə cinayətləri xalqımızı qələbə əzmini sarsıda bilməyib.
Biz qurtuluş savaşında minlərlə şəhid vermişik, həmvətənlərimiz arasında itkin düşənlər, yaralanaraq sağlamlığını itirənlər var. Torpaqlarımız işğaldan qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı-canı bahasına azad edilib. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabahımız üçün möhkəm bünövrədir.
Hamınıza yaxşı məlumdur ki, 44 günlük Vətən müharibəsində dövlət rəsmilərinin dediyi kimi “Tərtər Ermənistan nasizminə qarşı Azərbaycanın Stalinqradı olub”.
44 gün ərzində Tərtər şəhərinə və onun yaşayış məntəqələrinə 16277 top, tank, qrad mərmisi düşmüş, 21 qadağan olunmuş raket atılıb. Həmin qadağan olunmuş raketlərdən biri - “Smerç” raketi bax bu gün ermənilərin mülkü insanlara qarşı törətdiyi terrorun nümunəsi kimi açıq havada muzey kimi fəaliyyət göstərən Sahib İsmayılovun evinə düşmüş, gördüyünüz kimi ev tamamilə dağılmışdır. Bax, budur erməni vəhşılıyinin nümunəsi, dinc sakinlərə qarşı törədilən terror aktı.
Qeyd olunub ki, 44 gün ərzində rayonun infrastrukturuna güclü ziyan dəymiş, 12 körpələr evi-uşaq bağçası, 16 umumtəhsil, 10 tibb, 7 mədəniyyət müəssisəsi, məscid və inzibati binalar, 83 çoxmərtəbəli yaşayış və 5344 fərdi yaşayış evləri dağılmış, yaxud bu və digər formada zərər çəkmişdir.
Tərtər 44 günlük Vətən müharibəsində 46 hərbi,16 mülkü şəhid verib.
Respublika Prezidentinin Sərəncamında deyildiyi kimi, xalqımız və dövlətimiz mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Bu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə vəfa borcumuzdur.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı Vətən müharibəsinin başa çatması ilə bağlı xalqa müraciətində bu barədə belə deyib: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik.
...Biz bu Qələbəyə görə onlara borcluyuq.
...Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdik. Biz ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğala son qoyduq.”
Bildirilib ki, Vətən müharibəsindən 3 il keçməsinə baxmayaraq erməni separatçıları öz çirkin əməllərinə son qoymurdular. Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağda sentyabın 19-da aparılan lokal antiterror əməliyyatları erməni separatizminin kökünü birdəfəlik kəsməyə yönəldi və uğurlu oldu, ilahi ədalətin təntənəsinə çevrildi.
Ölkə rəhbərinin setyabrın 20-də Azərbaycan xalqına tarixi müraciəti oldu. Ali Baş Komandan dedi: “Biz deyirdik ki, qanunsuz xunta rejimi öz əski parçasından artıq olmayan dırnaqarası bayraqlarını büküb cibinə qoyub bizim torpağımızdan çıxmalıdır. Bu, bizim suveren hüququmuzdur. Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya tanıyır, o cümlədən Ermənistan rəhbərliyi artıq bunu başa düşüb. Əgər vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyirdisə, indi “Qarabağ Azərbaycandır” deyir və nəinki deyir, hətta bizim ərazimizin ölçülərini də dilə gətirməyi unutmur. Düzdür, bunu öz xoşu ilə etməyib, bunu “dəmir yumruq” hesabına etməyə məcbur olub. Amma fakt göz qabağındadır. “
Milli məclisin deputatı Sahib Alıyev çıxış edərək bildirib ki, Ermənistanın 2020-ci il sentyabrın 27-də ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə başladığı Vətən müharibəsi Şanlı Qələbə ilə başa çatdı. Otuz ilə yaxın işğal altında olan torpaqlarımız şəhidlərimizin - əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd olunur.
Məğlub olan düşmən yenə də təxribatlardan əl çəkmirdi. 19 sentyabr 2023-cü il tarixdə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan lokal antiterror əməliyyatları erməni separatizminə birdəfəlik son qoydu. Bu gün tərk silah əməliyyatları aparılanda düşmənin nə qədər məkrli, hiyləgər olduğunun bir daha şahidi olduq. Onlar yollara mina basdırıb, körpüləri, evləri, hətta qəbristanlıqları belə silahla doldurublar.
Tədbirdə çıxış edən Vətən müharibəsi Qəhrəmanı şəhid Anar Əliyevin atası Vaqif Əliyev, Vətən Müharibəsi qazisi Sadiq Abbaslı çıxış edərək öz ürək sözlərini bölüşüblər. Dövlət tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Sonda tədbir iştirakçıları muzeyin həyətində mülki şəhidlərin şəkillərindən ibarət yeni yaradılmış fotoguşəni ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, 44 günlük Vətən müharibəsində erməni separatçıları tərəfindən atılan “Smerç” raketi nəticəsində dagılmış açıq havada fəaliyyət göstərən ev muzeyinə baxış keçiriblər.
Allah bir daha bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimiz tezliklə öz sağlamlıqlarına qovuşsunlar!
840 dəfə oxundu