Neftçalada 10 yaşlı məktəbli qızılcadan vəfat etdi

Neftçalada 10 yaşlı məktəbli qızılcadan vəfat etdi

Neftçalada 10 yaşlı məktəbli qız qızılcadan vəfat edib.

TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşda həkiməqədər ölüm qeydə alınıb.

Bildirilib ki, 2013-cü il təvəllüdlü (cinsi qadın olan) vətəndaş 05.12.2023-cü il tarixində saat 12:50 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Pediatriya şöbəsinə şəxsi avtomobil vasitəsilə gətirilib.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin məlumatına əsasən son aylarda digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli qızılcaya yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılmasına səbəb olub. Ölkə ərazisində qeydə alınmış qızılca hadisələri arasında bəzən risk qrupuna aid uşaqlarda ağırlaşmalar, yanaşı bakterial infeksiyaların inkişafı, gecikmiş müraciətlər və ya yanlış diaqnostika hallarına rast gəlinir.

Valideynlərin nəzərinə çatdırmaq istəyirik ki, uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədil ilə ölkədə qüvvədə olan "Profilaktik peyvəndlər təqvimi”nə əsasən 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
212 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...