Taksilərlə bağlı yeni qərar: Sərnişinlər, sifarişlər haqda məlumatlar...
Azərbaycanda taksi daşımaları sahəsində bir qədər başlanan islahatlar və nəzarətin gücləndirilməsi proses davam edir. Qanunvericiliyə edilən dəyişikliklərlə taksi sifarişi operatorlarına tələblərin qoyulmasından sonra artıq taksi avtomobilərinə də sərt nəzarət başlayır.
Nazirlər Kabineti «Taksi sifarişi operatorları tərəfindən hər bir taksi sifarişi üzrə real vaxt rejimində ötürülən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların siyahısı»nı təsdiqləyib.
Adından göründlüyü kimi, taksi sifarişi operatorları (Məsələn, «Bolt» və ya «189 taksi» kimi şirkətlər) nəinki əməkdaşlıq etdikləri taksi sürücüləri barədə məlumatları, eyni zamanda bütün taksi sifarişləri barədə ətraflı məlumatları da Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA-ya) ötürməlidirlər.
Bəs görəsən bu qərarlar taksi fəaliyyətinin keyfiyyətinə hansı təsirləri göstərəcək?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, bu qərarın əsas məqsədi taksi fəaliyyətini daha təhlükəsiz və keyfiyyətli təşkil etməkdir.
“Uzun müddətdir ki, cəmiyyət taksi sahəsində olan problemlərin həllini gözləyirdi və bu qərar da çoxdan gözlənilirdi. Bu qərarın verilməsində, tələblərin tətbiq olunmasında əsas məqsəd taksi xidmətini daha keyfiyyətli və daha təhlükəsiz təşkil etməkdir. Diqqət etsək görərik ki, taksi sürücülərinin özlərinin iş qrafiki ilə bağlı da müəyyən tələblər var.
Məlum olduğu xüsusən xarici taksi operatoru şirkətləri taksi sürücülərini istismar edirdi. Bu şirkətlər sürücüləri sutkanın 16-18 saatını işlədirlər. Bu təbii ki, qanuna zidd addım idi və bu da tənzimlənəcək.
Bundan əlavə taksi şirkətləri sərnişinlərin şikayətlərinə demək olar ki, baxmırdı. Amma indi ümumiləşmiş nəzarət sxemi olandan sonra bizim vətəndaşlarımız yerli qurumlara da şikayətləri ilə bağlı müraciət edə biləcəklər”.
Ekspert bu qərardan sonra taksilərin sayının azalacağını da diqqətə çatdırıb.
“Bu yeni qərarlarla tənzimlənəcək və həmin taksi şirkətləri də məcbur olacaq ki, bizim dövlət qurumları qarşısında hesabat versinlər. Bu həm onların hesabatlılığını, maliyyə şəffaflığını artırır. Bu qərarla mərhələli formada taksi sayı da azalacaq və bu qaçınılmazdır.
Çünki bu gün çox təəssüf ki, taksidə peşəkar çalışan insanlarla yanaşı, əyləncə və müəyyən məqsədlər naminə çalışan insanlar da var. Belə insanlar bu sahədən çıxıb gedəcək və yerdə sadəcə peşəkarlar qalacaq. Amma bunun üçün bir qədər vaxt lazımdır, bir ayın və yaxud bir ilin içində həll olacaq məsələ deyil”.
506 dəfə oxundu