Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib.

“Report” bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bəndi azaldılaraq 8,75 %-dən 8,5 %-ə endirilib.

"Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya gözləntilərinin stabilləşməsi, risk balansında baş verən dəyişikliklər nəzərə alınmaqla verilib", - deyə AMB bəyan edib.

Bu qərar sabahdan qüvvəyə minir. Faiz dəhlizinin parametrləri haqda növbəti qərar mayın 1-də açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
333 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...