Hüquq və İnsan Haqları İnstitutu ilə keçmiş işçisi arasında qalmaqal

Hüquq və İnsan Haqları İnstitutu ilə keçmiş işçisi arasında qalmaqal
Hüquq və İnsan Haqları İnstitutu məhkəməyə verilib.

Qaynarinfo xəbər verir ki, iddiaçı İnstitutun əməkdaşı olmuş Fərid Ələkbərovdur.

Onun iddiasına Yasamal Rayon Məhkəməsində baxılacaq. İş hakim Ayşən Sultanova-Məmmədovanın icraatındadır.

Məhkəmə çəkişməsi əmək münasibətləri üzrə mübahisələrdən ibarətdir. İddialara görə, Fərid Ələkbərov işdən çıxarılması ilə bağlı rəhbərliyin qərarı ilə razılaşmır.

Məlumatı institutla dəqiqləşdirmək mümkün olmayıb.

Hüquq və İnsan Haqları İnstitutunun 1999-cu ildə yaradılıb. İnstitut əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tabelyində fəaliyyət göstərib. Hal-hazırda institut publik hüquqi şəxs kimi "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi"nin tabeliyində fəaliyyət göstərir. İnstitutun İdarə Heyətinin sədri Məmməd Quluzadədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
376 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...