Putin müdafiə naziri postuna onun namizədliyini irəli sürdü

  Putin müdafiə naziri postuna onun namizədliyini irəli sürdü
Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri postuna Andrey Belousovun namizədliyini irəli sürüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Federasiya Şurasının “Telegram” kanalında məlumat dərc olunub.
Qeyd edək ki, əvvəlki hökumətdə Belousov baş nazirin birinci müavini vəzifəsində çalışırdı.
65 yaşlı Belousov müxtəlif vaxtlarda dövlət başçısı Vladimir Putinin iqtisadi məsələlər üzrə köməkçisi, Rusiya Federasiyasının iqtisadi inkişaf naziri, Rusiya Federasiyası Hökumətinin İqtisadiyyat və Maliyyə Departamentinin direktoru, Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin baş direktoru vəzifələrini icra edib. O, həmçinin 1981-2006-cı illərdə Rusiya Elmlər Akademiyasında işləyib (1991-ci ilə qədər SSRİ Elmlər Akademiyası).
2020-ci il aprelin 30-dan mayın 19-dək Mişustinin koronavirus infeksiyası ilə xəstəxanaya yerləşdirilməsi zamanı Belousov Nazirlər Kabinetinin rəhbəri vəzifəsini icra edib.
Sabiq müdfaiə naziri Sergey Şoyqu isə Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
320 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...