Akif İslamzadə: "Parlament seçkilərində namizədliklə bağlı təklif alsam, baxarıq..."
“Milli Məclisin Mədəniyyət komitəsində təmsil olunmağım prinsip etibarilə pis olmaz. Hər halda mütəxəssislər dəvət edilməlidir. Təkcə mədəniyyət deyil, təhsil sistemi də dəyişməlidir. Dünyada ayrıca mədəniyyət anlayışı yoxdur. Təhsil sisteminin içində mədəniyyət də gedir. Buna görə də təhsil sistemi kökündən dəyişməlidir. Çünki bu sistem Qərbdən ruslara, ruslardan da bizə keçib. Parlament seçkilərində namizədliklə bağlı təklif alsam, dəvət olunsaq, baxarıq. Pis olmaz. Görək, orada kimlərlə oturacağıq? Ora getmirik ki, meydan açaq. Ədəb-ərkan sahibi, özünü təsdiq edən, cəmiyyət tərəfindən qəbul olunan şəxslər parlamentdə olmalıdır. Yoxsa “mən iki dənə şeir yazmışam”, “bir hekayə yazmışam”. Belə yox”.
Bu sözləri Pravda.az-a müsahibəsində sevilən sənətçi Akif İslamzadə deyib.
A.İslamzadə deyib ki, tarixən özünü doğrultmuş idarəçilik monarxiyadır: “Avropada dövlətlərinin əksəriyyəti monarxiya quruluşludur. Baxın görün, Avropa Birliyindəki dövlətlərin 70-80%-i monarxiyadır. Çünki bu, tarixin süzgəcindən keçmiş dövlət idarəçilik üsuludur. Mən öz fikrimi deyirəm. Düşünürəm, bizdə də bunu yaratmaq lazımdır. Bunun tərəfdarıyam, vəssalam!”
881 dəfə oxundu