Maşınlar “28 Mall”un parkinqində saatlarla tıxacda qaldı - VİDEO
Bu gün günorta saatlarından etibarən “28 Mall” ticarət mərkəzinin parkinq çıxışında böyük tıxac yaranıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sürücülər sosial şəbəkədə paylaşım ediblər.
Qeyd olunur ki, təxminən 3 saata yaxın müddətdə ticarət mərkəzinin dayanacağından çıxmaq mümkün olmayıb: “Saat 14:45-dən davam edən tıxac. Havasız parkinq. Hamilə qadından tutmuş yaşlı insanlara qədər hamı dayanıb, “28 Mall”dan çıxış etmək mümkün deyil”.
Vətəndaşlar tıxacın alış-veriş mərkəzinin yaxınlığında su borusunun partlaması ilə əlaqələndirirlər.
Yaranmış problemlə bağlı “28 Mall”la əlaqə saxladıq. Ticarət Mərkəzindən bildirildi ki, sözügedən problem daxili deyil, küçədə yaranan tıxacla əlaqədardır: “Ona görə də biz heç bir tənzimləmə apara bilmirik”.
“Azərsu ASC”nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin saatlarında ticarət mərkəzinin yerləşdiyi küçədən keçən su borusunda qəza olub. Qurum əməkdaşları qəzanın fəsadlarının aradan qaldırılması üçün texnikalarla əraziyə cəlb olunub. Sıxlığın bundan qaynaqlandığı bildirilir.
327 dəfə oxundu