Azərbaycanda insanlar pullarını ən çox nəyə xərcləyirlər? – Tam siyahı

Azərbaycanda insanlar pullarını ən çox nəyə xərcləyirlər? –
Bu ilin ilk rübü ərzində ev təsərrüfatlarında (ailələr) adambaşına düşən aylıq istehlak xərci 349 manat 54 qəpik olub.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən xəbər verir ki, istehlak xərcləri arasında qida məhsullarının alınmasına ay ərzində hər bir ailə fərdi orta hesabla 151 manat 66 qəpik xərcləyib. Qida məhsullarının alınmasına sərf olunan vəsait ümumi xərclərin 43,4%-ni təşkil edib.
Azərbaycanda ailə fərdlərinin digər istehlak xərcləri aşağıdakı kimi olub:
Qida məhsullarına – 151,66 manat (ümumi xərclərin 43,4%-i)
Alkoqollu içkilər – 2,04 manat (0,6%)
Tütün məmulatları – 7,03 manat (2%)
Paltar və ayaqqabı – 20,05 manat (5,7%)
Su, işıq, qaz və digər yanacaq növlərinə – 29,13 manat (8,3%)
Ev əşyaları, məişət texnikası və evə gündəlik qulluğa – 25,51 manat (7,3%)
Səhiyyə xidmətlərinə – 14,87 manat (4,3%)
Nəqliyyat xidmətlərinə – 22,75 manat (6,5%)
Rabitə xidmətlərinə – 12,87 manat (3,7%)
İstirahət və mədəniyyıt idmətlərinə – 13,01 manat (3,7%)
Təhsil xərclərinə – 6 manat (1,7%)
Mehmanxana, kafe və rstoran xidmətlərinə – 25,50 manat (7,3%)
Digər mal və xidmətlərə – 19,12 manat (5,5%)
Məlumat üçün onu da bildirək ki, son bir ildə ailələrdə adambaşına düşən aylıq istehlak xərci 20 manat 4 qəpik artıb. Belə ki, 2023-cü ilin ilk rübündə adambaşına düşən aylıq istehlak xərci 329 manat 50 qəpik olub.
Onu da qeyd edək ki, son bir ildə ailə üzvlərinin təhsil üçün xərclədikəri vəsait 8,3% artdığı halda, tütün məmulatlarının alınmasına sərf etdikləri vəsait 15,2% artıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
348 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...